Maykl O'nill: "Azərbaycan millisində başqa güclü oyunçular da var"

Dünya Çempionatının seçmə mərhələsində sabah Azərbaycan millisi Şimali İrlandiya ilə qarşılaşacaq.
 
Newsport.az-ın məlumatına görə, britaniyalıların baş məşqçisi Maykl O`Nill oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
 
- Açıqlamanızda bildirmişdiniz ki, Azərbaycanın Almaniyaya qarşı oyununu izləmisiniz və düşünürsünüz ki, bu dəfə fərqli qarşılaşma göstərəcəklər. Sabahkı matçdan Azərbaycandan hansı oyunu gözləyir?
- Yığmanızın San Marionu, Norveç və Almaniya ilə oyunlarını izləmişəm. Bu sualı Azərbaycan millisindəki həmkarım Robert Prosineçki daha yaxşı cavablandırar. Rəqibin oyununu yaxşı analiz etmişik. Almanlara qarşı 30-35 dəqiqə çox yaxşı çıxış etmişdilər.
 
- Riçard Almeyda barədə açıqlamanız var idi. Belə hiss olunurdu ki, Şimali irlandiya onlara yaxşı tanış olmayan bu futbolçudan çəkinir...
- Almeydanın klubdakı oyunlarını izləmişik. Bu, onun millidəki ilk oyunu olacaq. Bizim oyunçuların çoxu İngiltərədə güclü klublarda oynayırlar. Düşünürəm ki, onlar braziliyalı futbolçulara qarşı necə oynamağın yollarını bilirlər.
 
- Demişdiniz ki, hava şəraiti sizə problem yarada bilər. İndi bu barədə nə düşünürsüz?
- Hava yaxşıdır. Türkiyədə təlim-məşq toplanışında eyni hava şəraiti olmasını və öz ölkəmizdə də yistilərin olmasına görə deyə bilərəm ki, bu bizə o qədər də problem yaratmayacaq.
 
- Bu oyunda hansı taktiki gedişlərdən istifadə edəcəksiz?
- Komandanın strategiyasının önəmi çox olacaq. Öz meydanımızda 4:0 hesablı qələbə qazandıq. Yenə də oxşar taktika ilə oynasaq, yaxşı şansımız olacaq. Bu matç Azərbaycan daha böyük oyundur. Əvvəlki iki matçda uduzduqlarına görə sabahkı görüşə daha ciddi yanaşacaqlar. Çünki onlar da
 
- Azərbayucan millisinin heyətində Almeydadan başqa hansı futbolçunu fərqləndirərdiz?
- Azərbaycan millisində başqa güclü oyunçular da var. Şeydayev, Nazarov, Əmirquliyev  və s. Azərbaycanın klublarının da avrokuboklarda çıxışını izləmişik. İki il əvvəl "Qarabağ" Çempionlar Liqasında "Seltik"ə qarşı oynamışdı. Düşünürəm ki, avrokubok təcrübəsinin də bu oyunda əhəmiyyəti olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right