Yaşar Vahabzadə: "Bir daha belə hal yaşanmayacaq"

İyunun 6-da AFFA-nın konfrans zalında AFFA yanında Media Komitəsinin (MK) İdarə Heyətinin növbəti iclası keçirilib.

Newsport.az-ın məlumatına görə, iclasda Idarə Heyətinin üzvlərindən Mahir Rüstəmli, İlqar Tağıyev, Araz Əhmədov, Vüqar Xeyrullayev, Rüstəm Piriyev, Ruslan Mikayıllı və qurumla AFFA arasında əlaqələndirici Firuz Abdulla iştirak edib.

Nəzərinizə çatdırırıq ki, newsport.az saytının rəhbəri Mərdan Həsənovun müraciəti ötən həftə AFFA-nın texniki departamentində Zaur Hacı-Məhərrəmov, Yaşar Vahabzadə, Azad Kərimov və Elnur Cəfərovun iştirakı ilə müzakirə olunub. U-21-in baş məşqçisi və futbolçuları olayın anlaşmazlığın nəticəci olduğunu, buna görə təəssüfləndiklərini və bir daha belə halın yaşanmayacağını bildiriblər. MK-nın iclasında həmçinin bu qərarlar qəbul olunub:

1. MK-nın İdarə Heyətində vakant yerə namizədlərin irəli sürülməsi üçün son gün kimi iyunun 20-si müəyyənləşdirilib. Seçkinin ayın sonunda keçirilməsi gözlənilir. Namizədlər göstərilən tarixə qədər MK-nın elektron poçtuna ([email protected]) yazılı müraciət göndərməlidir. Quruma üzvlük müddəti ən azı 6 ay olmayan və indiyə qədər heç bir layihəni yerinə yetirməyən saytlar seçkiyə namizədlə qatıla bilməz.

2. “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” istiqaməti üzrə yazıların monitorinqi aparmaq İdarə Heyətinə 7-cü üzv seçilənə qədər İlqar Tağıyevə tapşırılıb.

3. Araz Əhmədov və Səyavuş Əliyev Etika və İntizam Komissiyasına seçilib.

4. MK-ya hesab-faktura təqdim etməyən sportbox.az saytının adı may ayı üçün ödənişlərin sıyahısından çıxarılıb. 

İclasda saytların təsnifatını aparmaq üçün meyarların müəyyənləşdirilməsi, 22 iyul – Milli Mətbuat Gününün qeyd olunması və bir çox başqa məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right