Millimizin heyyəti bəlli oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı üçün Avstriyaya yollanan heyəti açıqlanıb.
 
Newsport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Yaşar Vahabzadə səfərə 19 futbolçu aparmaq qərarına gəlib.

 

İyunun 9-dək Zaltsburq şəhərində hazırlıq keçəcək yığmamız iki yoxlama görüşündə qüvvəsini sınayacaq. Millimiz bu gün və iyunun 8-də Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək.

 

U-21-in heyəti: Fəhmin Muradbəyli, Sənan Əlizadə (hər ikisi “Neftçi”), Eltun Turabov, Mahir Mədətov, Elgün Uluxanov (hamısı “Qarabağ”), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Yusif Nəbiyev (hamısı “Sumqayıt”), Oleq Hüseynov, Taşkın Sərtan, Vüqar Həsənov, Əlibəy Məmmədli (hamısı “İnter”), Qismət Alıyev (“Qəbələ”), İlyas Səfərzadə (“Kəpəz”), Alen Askerov (“NK Noviqrad”, Xorvatiya), Onur Albayrak (“Hobro IK”, Danimarka), Budaq Nəsirov (“Sportinq”, Portuqaliya), Sərkan Baloğlu (“Ştutqart”, Almaniya), Mustafa Ozhitay (“SSV Ulm 1846”, Almaniya).

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right