"Səbail"dən növbəti transfer

Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq "Səbail" heyətini daha bir futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi "Zirə"dən ayrılan Yamin Ağakərimzadəni heyətinə cəlb edib. Gənc yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, "Səbail" bunadək Aqil Məmmədov, Emin Mehdiyev, Aqşin Muxtaroğlu və Kamal Qurbanovla anlaşmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right