"Zirə" çempionlarını təbrik etdi

Azərbaycanın U-23 milli komandasının heyətində IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan “Zirə”lilər - Sadiq Quliyev, Vüqar Mustafayev və Adil Nağıyev bu gün komanda ilə ilk məşqə çıxıblar.

 

Newsport.az-ın məlumatına görə, İslamiadadan sonra istirahətləri başa çataraq, düşərgəyə dönən çempionları baş məşqçi Ayxan Abbasov və komanda üzvləri təbrik ediblər. 

 

Futbolçular üzərində çempionların qızıl medalla çəkdirdikləri şəkilin təsvir olunduğu tortu kəsiblər. U-23 yığmamızın heyətində çempion olan “Zirə”nin yeni üzvü Rəşad Sadiqov isə iyunun 3-də məşqlərə başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right