Zurab Xizanişvili “İnter”ə yekun cavab verdi

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “İnter”I tərk edəcək daha bir futbolçunun adına rəsmən aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi əsas aparıcı futbolçularından olan Zurab Xizanişvilini xidmətindən məhrum olub.

Belə ki, baş məşqçi Zaur Svanadzenin həmyerlisi, komandanın mərkəz müdafiəçisi Zurab Xizanişvili karyerasını başa vurub.

Bu barədə məlumatı saytımıza açıqlamasında “sabiq bankirlər”in baş məşqçisi Zaur Svanadze verib. O, Zurabdan dünən yekun cavab aldıqlarını deyib: “Biz Zurabdan cavab gözləyirdik. O, dünən zəng edib futbolçu karyerasını başa vurduğunu dedi. Bildiyimə görə, o, Gürcüstan millisində işə başlayacaq”.  

Qeyd edək ki, təcrübəli mərkəz müdafiəçisi 2015-ci ildə Zaur Svanadzenin təşəbbüsü ilə paytaxt klubuna transfer olunmuşdu.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right