Rəşad Sadıqov ən yaxşı seçildi

Ötən ilin son günlərində AFFA-nın rəsmi Facebook kanalında PAŞA Sığorta-nın təqdimatında “Ən yaxşı oyunçu” nominasiyası elan edildi.
 
Newsport.az-ın nəlumatına görə, yeni nominasiyasının şərtlərinə əsasən, qalibi azarkeşlər "facebook" səsverməsi ilə seçirlər.
 
Seçim 2016-cı il ərzində Azərbaycan milli komandasının heyətində rəsmi oyunlarda meydana çıxmış oyunçular arasında keçirilib. AFFA-nın "facebook" səhifəsində keçirilmiş səsvermədə Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov ən çox səs toplayıb. Qalib bu ayın sonu təşkil olunacaq tədbirdə Paşa Sığorta tərəfindən mükafatlandırılacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right