"İnter"də seleksiya prosesi başa çatdı

İnter Uşaq-Gənclər Futbol Məktəbi 5-15 yaşlı uşaq və yeniyetmələr arasında seleksiya məşqləri keçirib.
 
Newsport.az-ın məlumatına görə, UGFM-nin direktoru Rövşən Babayev klubun rəsmi saytına açıqlamasında iki günü əhatə edən seçimlərdə ümumilikdə 496 nəfərin qatıldığını bildirib.
 
2007-ci ildən bu günədək İnter Uşaq-Gənclər Futbol Məktəbində belə kütləvi xarakterli seçimlərin olmadığını vurğulayan R. Babayev regionlardan da uşaq və yeniyetmələrin də qatılmasından sevinc duyduqların əlavə edib.
 
O, seleksiya məşqlərini uğurla həyata keçirən məşqçilərə-Azər Cabbarova, Xəyyam Bəkirova, Arif Əmirxanova, Elmir Mirzəyevə, Vaqif Hidayətova, Vəli Hüseynova, Eldar Ağaxanova, Xəyal Mustafayevə, o cümlədən Xacmaz rayonundan gəlmiş məşqçilərə- Zöhrab Mahmudova və Rəcəb Mahmudova, habelə məktəbin rəhbər heyətinin üzvlərinə - Rüstəm Əliyevə və qapıçılar üzrə koordinator Rauf Mehdiyevə təşəkkürünü bildirdi.
 
Xatırladaq ki, UGFM-in U19 komandasına seleksiya xarakterli məşqlər may ayının 26 və 27-də keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right