Ağabala Ramazanov: "Yaddan çıxılası çempionluq deyil" MÜSAHİBƏ

İslam Həmrəliyi Oyunlarının futbol yarışlarının finalında Omanı məğlub edən (2:1) millimiz qızıl medallara sahib oldu.
 
Matçdan sonra yığmamızın hücumçusu Ağabala Ramazanov Newsport.az-a müsahibə verib...
 
- Qələbə sevincini bizimlə bölüşərdin...
- Yaddan çıxılası çempionluq deyil. Gələcək üçün çox önəmli bir addım atdıq. Ən çox ona görə çalışırdıq ki, gələcək nəsil bilsin, biz bunu bacarmışıq. Ümid edirəm ki, bu uğurları onlar da qazanacaq. Oyuna hazırlaşmaq üçün vaxtımız az idi. Finalda tam gücümüzlə meydanda nə lazım idisə, etməyə çalışdıq. Sevinirəm ki, bunu bacardıq.
 
 
- İkinci hissədə bir az arxayınlaşdız, yoxsa yorğunluq öz sözünü dedi?
- Fasilədən sonra daha çox qaçdıq. Rəqib topa daha çox nəzarət edirdi. Amma bəlkə də hesabın 2:0 olması bizi rahatlaşdırmışdı.
 
 
- Yığma finala kimi qapısında qol görməsə də, həlledici matçda turnirin ən gözəl qollarından birini buraxdığınız...
- Bayaq Şahruddinə də onu dedim: "Bura kimi qol buraxmadın, finalda 25 metrdən vurdular". Onu da alqışlamaq lazımdır. Turnirdə komandamıza çox kömək etdi. 
 
 
- Ən çətin oyununuz hansı oldu?
- Mərakeşlə matçı deyərdim. 
 
 
- İkinci hissədə Yaşar Vahabzadə ilə aranızda nəsə dialoq oldu...
- Oyin zamanı bəzən yerimdə durmağıma irad bildirdi. Bu komandanı Yaşar müəllim yığıb. Bizim yerimizdə olmağa namizəd çox futbolçu var idi. Bizə üstünlük verdiyinə görə, baş məşqçimizə təşəkkür edirik.
 
 
- Mükafatla bağlı nə dedilər?
- Heç nə deməyiblər. Sadəcə, bildiriblər ki, əziyyətiniz yerdə qoymayacağıq. Tək idman növünə 150 min deyiblər, amma bizdə belə olmayacaq. 
 
 
- Azarkeşlərin çoxluğu səni təəccübləndirmədi?
- Hamımıza 2 bilet verilmişdi. Bu cür məhdud olmağından bildik ki, maraq böyük olacaq. Hamıya da minnətdaram. Stadionda əla atmosfer vardı.
 
 
- İyunun 10-da Şimali İrlandiya ilə oyunda da bu nəticəni təkrarlaya biləkəsiz?
- Bu matçın önəmini başa düşürük. Ciddi hazırlaşırıq. Uğur qazanmağa çalışacağıq.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right