“Qəbələ”dən Baqali Dabo qərarı

2016/17 mövsümünün gümüş medalçısı “Qəbələ” heyətində “təmizlik işləri”nə davam edir.

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar”da daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Komanda artıq millimizin üzvləri Məhəmməd Mirzəbəyovla Rəşad Eyubov, həmçinin serbiyalı Daniel Subotiç və estoniyalı Sergey Zenyovla yolları ayırıb.

Mövsümə əla start verən, amma sonradan zədələndiyi üçün formasından düşən fransalı Baqali Dabo ilə bağlı da yekun qərar verilib. Əldə etdiyimiz məlumata görə,  müqaviləsii gələn mövsümün sonuna qədər olan 28 yaşlı mərkəz hücumçusu komandada saxlanılacaq.

Qeyd edək ki, əyalət təmsilçisi Dmitri Bezotosnı, Elvin Camalov, Vitali Vernidub, Cavid Hüseynov və Asif Məmmədovla isə yeni müqavilə imzalayıb.

Futbol11.az 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right