"Qəbələ" legioneri ilə yolları ayırdı

"Qəbələ" klubu futbolçusu Sergey Zenyovla yolları ayırıb.

Newsport.az-ın məlumatına görəbu barədə klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib. O, bildirib ki, müqaviləsi başa estoniyalı hücumçu ilə yeni sözləşmə imzalanmayıb.

Liberiyalı yarımmüdafiəçisi Teo Uiksin “Qəbələ”də qalıb-qalmayacağı isə dəqiqləşməyib. Ötən mövsüm Kipr təmsilçisi “Ermis”dən 1 illik icarə əsasında “Qəbələ"yə keçən futbolçunun klubu ilə danışıqlar gedir.

Müqaviləsi bitən Rasim Ramaldanov, Cavid Hüseynov və digər yerli futbolçular barədə isə hələ  yekun qərar verilməyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right