Prosineçki "Bursaspor"da? Meneceri açıqladı

Millimizin baş məşqçisi Robert Prosineçkinin meneceri Yaşar Çalışır açıqlama verib.

Newsport.az-ın məlumatına görə, o, Türkiyə mətbuatına açıqlamasında xorvat mütəxəssisin "Bursaspor"la anlaşması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "Prosineçkinin dekabrın 4-dək AFFA ilə müqaviləsi var. Hazırda "Bursaspor"la heç bir anlaşma yoxdu. Bu məlumatın necə yayıldığını bilmirəm. Robert hazırda Bakıda işinin başındadı".

Qeyd edək ki, "NTV Spor"da yayımlanan "Kırmızı Çizgi" proqramının şərhçisi Mehmet Ayan Prosineçkinin "Bursaspor"la anlaşdığını və ildə 1,1 milyon avro maaş alacağını bildirib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right