Rəşad Sadıqovdan şok qərar

Millimizin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov gözlənilməz qərar qəbul edib.

Newsport.az-ın məlumatına görə, təcrübəli müdafiəçi baş məşqçisi olduğu “Qarabağ”ın U-19 komandasından istefa verəcək.

Ancaq hələlik istefanın səbəbləri bəlli deyil.

Qeyd edək ki, məşqçiliyə Ağdam təmsilçisinin U-19 komandasında başlayan Sadıqovun çalışdırıcı kimi debütü uğurlu alınıb. O, elə ilk ildən sözügedən komandanı Azərbaycan çempionu etməyi bacarıb.

Maraq üçün onu da bildirək ki, kapitan PRO kateqoriyalı məşqçi kurslarına da qatılıb.

Yeniçağ.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right