Samir Əliyev köməkçilərinin adını açıqladı

Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Səbail” klubunun baş məşqçisi Samir Əliyevin köməkçiləri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Samir Əliyev “Neftçi”ni “Səbail”ə daşıyıb. Ona Araz Qulamov, Səttar Əliyev kömək edəcəklər. Komandanın əsas heyətində qapıçı məşqçisi postunu Vitali Kovalyov tutacaq.

Mütəxəssis saytımıza verdiyi açıqlamada təyinatı barədə danışıb. O, özünə bəslənilən ümidləri doğrultmaq istədiyini deyib. Gənc çalışdırıcı bildirib ki, artıq fəaliyyətə başlayıblar və qarşıdakı günlərdə məqsəd heyəti komplektləşdirmək olacaq. 

Xatırladaq ki, "Səbail" artıq Aqil Məmmədov və Kamal Qurbanovun keçidini həll edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right