“Kəpəz” 7 futbolçunun müqaviləsini artırdı

Azərbaycan Premyer Liqasının növbəti mövsümü üçün transfer çalışmalarına başlayan "Kəpəz” ilk növbədə diqqəti son çempionatda komandanın heyətində çıxış etmiş futbolçulara yönəldib. 
Newsport.az-ın məlumatına görə, Gəncə klubunun 7 futbolçu ilə danışıqları müsbət nəticələnib. Qapıçı Davud Kərimi, müdafiəçilər Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, yarımmüdafiəçilər Kərim Diniyev və Orxan Əliyev ilə yeni razılıq əldə edilib. Bu futbolçuların müqaviləsi daha bir il müddətinə artırlıb.
Qeyd edək ki, "Kəpəz" bunadək 6 futbolçu ilə yollarını ayırıb. Bunlar Tural Axundov ("Sumqayıt"), Dario Federiko, Tural Qürbətov, Tural Nərimanov, Nicat Qurbanov və Eyyub Əliyevdir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right