"Qəbələ"dən ayrıldı, "Neftçi"yə keçir?

Mövsümü titulsuz başa vuran “Qəbələ”nin heyətə əl gəzdirəcəyi gözlənilən idi. Rafael Santos və Teo Uikslə yollarını ayıracaqları əvvəlcədən bəlli idi. Gedəcəyi şübhə doğurmayanlardan biri də Daniel Subotiç idi.

Newsport.az-ın əldə etdiyi informasiyaya görə, Subotiç ölkəmizi tərk eləməyə bilər. Çünki onun xidmətində maraqlı olan klub var. İsveçrəli forvardı heyətində görmək istəyən “Neftçi”dir. Artıq futbolçu nun agenti ilə danışıqlar olub. Əgər maddi məsələlərdə razılıq əldə olunsa, Subotiçi növbəti mövsümdən “Neftçi”nin heyətində görə bilərik.

Qeyd edək ki, qışda “Şerif”dən “Qəbələ”yə gələn Daniel Subotiç 11 oyunda iştirak edib və 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right