"Sumqayıt" 2016/2017 mövsümündə

Azərbaycan Premyer Liqasında 2016/17 mövsümü başa çatıb.

Newsport.az saytının məlumatına görə, arxada qalan 28 tur ərzində "Sumqayıt"ın əsas komandası 9 qələbə, 8 heç-heçə və 11 məğlubiyyətə imza atıb. Bu qarşılaşmalarda komanda 28 qol vurub və qapısından 35 top buraxıb. 

2016/2017 mövsümündə baş məşqçi Samir Abasov ümumilikdə 26 futbolçunun xidmətindən yararlanıb. Arxada qalan 28 tur ərzində "Sumqayıt" FK-da ən çox forma geyinmiş futbolçular – Fərhad Vəliyev (28 oyun, 2520 dəqiqə), Vurğun Hüseynov (27 oyun, 2430 dəqiqə), Azər Salahlı (27 oyun, 2175 dəqiqə) və Mirabdulla Abbasovdur (27 oyun, 1981 dəqiqə). Qapıçı Fərhad Vəliyev 2016/2017 mövsümünü əvəzlənmədən və bütün oyunlarda iştirak edən yeganə futbolçudur. 

Premyer Liqanın 2016/2017 mövsümündə "Sumqayıt" FK-da ən çox qol vuran futbolçu isə Mirabdulla Abbasovdur. 22 yaşlı futbolçu 27 oyunda (1981 dəqiqə) rəqib qapılarından 8 top keçirib. Digər hücumçu Amil Yunanov isə 6 qolla komandanın ikinci ən sərrast futbolçusudur.


Fərhad Vəliyev – 28 oyun (2520 dəqiqə) 
Vurğun Hüseynov – 27 (2430) 
Azər Salahlı – 27 (2175) 
Mirabdulla Abbasov – 27 (1981) 
Rail Məlikov – 24 (2191) 
Bəxtiyar Həsənalızadə - 23 (1966) 
Amil Yunanov – 23 (1306) 
Məhəmməd Qurbanov – 22 (1621) 
Nicat Muxtarov – 21 (1379) 
Yusif Nəbiyev – 19 (1268) 
Xəyal Nəcəfov – 18 (1340) 
Ayaz Mehdiyev – 15 (1037) 
Ehtiram Şahverdiyev – 14 (675) 
Seymur Əsədov – 14 (586) 
Amit Quluzadə - 13 (1064) 
Vaqif Cavadov - 13 (916) 
Kamran Abdullazadə - 10 (781) 
Afşin Esmaeilzadeh - 10 (639) 
Sergey Çernışev – 9 (536) 
Fərhad Qıstarov – 7 (510) 
İbrahim Abednezhad - 5 (249) 
Bəhlul Mustafazadə – 4 (154) 
Nasir Abilayev – 4 (117) 
Süleyman Əhmədov – 3 (73) 
Tural Bayramlı - 2 (30) 
Vaquf Güləliyev - 1 (82) 

2016/2017 mövsümündə "Sumqayıt" FK-nın vurduğu qolların müəllifləri: Mirabdulla Abbasov (8), Amil Yunanov (6), Vaqif Cavadov (3), Yusif Nəbiyev (3), Məhəmməd Qurbanov (2), Seymur Əsədov, Amit Quluzadə, Nicat Muxtarov, Sergey Çernışev, Azər Salahlı, Bəxtiyar Həsənalızadə.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right