Millimizin baş məşqçisinin mətbuat konfransının vaxtı açıqlandı

İslam oyunlarında iştirak edəcək Azərbaycanın U-23 millisinin mətbuat üçün açıq məşqinin vaxtı məlum olub. Həmçinin, U-23-ün baş məşqçisi Yaşar Vahabzadənin mətbuat konfransının vaxtı da açıqlanıb.

Newsport.az saytının məlumatına görə, mayın 3-də, saat 12:00-da Mərdəkan qəsəbəsindəki AFFA futbol mərkəzində yerləşən Milli Komandaların Məşq Mərkəzinin meydanında 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının mətbuat nümayəndələri üçün açıq məşqi olacaq. Məşq başa çatdıqdan dərhal sonra isə məşq mərkəzinin konfrans zalında baş məşqçi Yaşar Vahabzadənin mətbuat konfransı keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right