“Qəbələ”nin "Sumqayıt"la 20-ci sınaqı

Bu həftə Azərbaycan Premyer Liqasında 2016-2017-ci illər mövsümünə yekun vurulacaq.

Newsport.az-ın məlumatına  görə“Qəbələ” IV dövrə və mövsümün son matçını səfərdə keçirəcək. “Qırmızı-qaralar” XXVIII turda “Sumqayıt”la görüşəcək. Bu matç komandalar arasında 20-ci duel olacaq. İndiyədək yalnız Premyer Liqada yolları kəsişən rəqiblər 19 dəfə üz-üzə gəlib. Əvvəlki görüşlərdə “Qəbələ” böyük üstünlüyə malikdir. “Qırmızı-qaralar” 13 qələbə qazanıbsa, yalnız 1 dəfə meydandan xalsız ayrılıb. Digər 5 qarşılaşmada qalib müəyyənləşməyib. Rəqib qapısına 37 qol vuran komandamız əvvəlki matçların hamısında rəqib qapısına yol tapıb. “Qırmızı-qaralar” öz qapısında 14 top görüb.

“Sumqayıt”ın meydanındakı matçlarda da üstünlük “Qəbələ”nin tərəfindədir. “Qırmızı-qaralar” rəqib meydanında 4 qələbə qazanıb, eyni sayda heç-heçə edib və yalnız bir dəfə uduzub. Səfərdə 15 qol vuran futbolçularımız 5 top buraxıb.

“Sumqayıt”la oyunlarda “Qəbələ”nin 22 futbolçusu qol sevinci yaşayıb. Daha bir dəfə rəqib futbolçu Cəmil Hacıyev öz qapısına qol vurub. “Qırmızı-qaralar”ın bu matçlardakı ən yaxşı bombardiri Viktor Mendidir. Onun hesabında 7 qol var. Aleksey Qay və Dodo hərəyə 3 dəfə fərqləniblər. Umar Kalabane, Baqali Dabo, Cavid Hüseynov və Lorenzo Ebesilio isə bu duellərdə 2 qola seviniblər.

Xatırladaq ki, “Sumqayıt” – “Qəbələ” oyunu aprelin 29-da keçiriləcək.

 

“Sumqayıt” - “Qəbələ”: Bütün oyunlar

2011/12 mövsümü

14.08.2011. Sumqayıt Şəhər - Qəbələ - 1:2

Orxan Əliyev, 90+3 - Dodo, 5, Daniel Lopes Kruz, 41

04.12.2011. Qəbələ - Siumqayıt Şəhər – 3:1

Serge Djiehoua, 37, Dodo, 70, Viktor Mendi, 86 - Samir Abbasov, 39

2012/13 mövsümü

26.08.2012. Qəbələ - Sumqayıt - 4:1

Bruno da Silva, 33, Umar Kalabane, 53, Rəşad Abdullayev, 55, Umar Kalabane, 71 - Ruslan Qurbanov, 18

08.12.2012. Sumqayıt - Qəbələ - 0:1

Viktor Mendi, 39

2013/14 mövsümü

19.08.2013. Sumqayıt - Qəbələ - 2:1

Vüqar Əsgərov,4, Ruslan Qurbanov, 62-p. - Yannik Kamanan, 12

25.10.2013. Qəbələ - Sumqayıt - 2:0

Daniel Subotiç, 24, Dodo, 63

02.02.2014. Sumqayıt - Qəbələ - 0:3

Viktor Mendi, 3, Lorenzo Ebesilio, 55, Leonardo da Silva, 57

17.05.2014. Qəbələ - Sumqayıt - 3:1

Viktor Mendi, 39, Lorenzo Ebesilio, 86, Abdulvahid Afolabi, 90+2 - Məhəmməd Qurbanov, 7

2014/15 mövsümü

24.10.2014. Qəbələ - Sumqayıt - 3:1

Cavid Hüseynov, 77, Pavol Farkaş, 88, Ekiqo Ehiosun, 90+2 - Ramazan Abbasov, 40

18.12.2014. Sumqayıt - Qəbələ - 1:1

Məhəmməd Qurbanov, 67 - Cavid Hüseynov, 86-p.

08.03.2015. Qəbələ - Sumqayıt - 2:0

Viktor Mendi, 23, 34

08.05.2015. Sumqayıt - Qəbələ - 0:2

Aleksey Qay, 39, Viktor Mendi, 41

2015/16 mövsümü

21.09.2015. Qəbələ - Sumqayıt - 1:0

Aleksey Qay, 90+2 (p.)

21.11.2015. Sumqayıt - Qəbələ - 2:2

Uğur Pamuk, 29, Ağabala Ramazanov, 69 -  Cəmil Hacıyev, 40 (ö.q), Samir Zərgərov, 71

14.02.2016. Qəbələ - Sumqayıt - 1:0

Ermin Zets, 69

09.04.2016. Sumqayıt - Qəbələ - 1:1

Aleksey Qay, 65 -  Pərdis Fərcad-Azad, 85 (p.)

2016/17 mövsümü

22.09.2016. Qəbələ - Sumqayıt - 2:0

Baqali Dabo, 85; 90

25.10.2016. Sumqayıt - Qəbələ - 2:2

Yusif Nəbiyev, 47; Amil Yunanov, 90+4 (p.) - Rəşad Eyubov, 64; Filip Ozobiç, 73

28.01.2017. Qəbələ - Sumqayıt - 1:1

Vitali Vernidub, 58 - Məhəmməd Qurbanov, 53 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right