Premyer Liqaya vəsiqə qazanan komandalar bəlli oldu

Azərbaycan Premyer Liqasına vəsiqə qazanan komandaların tam siyahısı məlum olub. 

Newsport.az xəbər verir ki, I divizionun qalibi “Turan Tovuz”un ardından yüksək liqaya vəsiqə qazanan digər iki komanda bəlli olub. “Səbail” səfərdə “Bakılı”nı məğlub edib. Qələbə paytaxt təmsilçisini 2-ci yerdə saxlayıb və Premyer Liqaya vəsiqə qazandırıb.

3-cü yerin və son vəsiqənin sahibi “Qaradağ Lökbatan”la “Ağsu”nun qiyabi rəqabətində bəlli olub. I divizionun çempionu “Turan Tovuz”a uduzan paytaxt təmsilçisi mövqeyini əldən veribsə, əyalət klubu Şəmkirdə eyniadlı komandadan aldığı xalla 3-cü olub





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right