"Qəbələ"nin oyununun vaxtı dəyişdirildi

Azərbaycan Premyer Liqasının XXVII turunun “Qəbələ” – “İnter” görüşünün tarixi dəyişdirilib. 

Newsport.az  xəbər verir ki, Peşəkar Futbol Liqası matçın əvvəlcədən nəzərdə tutulduğu kimi aprelin 23-də deyil, ertəsi gün keçirilməsinə qərar verib. Görüşün start fiti aprelin 24-də saat 14:30-da veriləcək və qarşılaşma "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Oyunun tarixinin dəyişdirilməsinə səbəb mükafatçıların medallarla təltif olunma ehtimalıdı. “Qəbələ” və “İnter” klubları mükafatçılar sırasındadırlar. Bu görüşün nəticəsindən asılı olaraq, komandalara medallar təqdim oluna bilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right