Olimpiya çempionundan "Kəpəz"ə dəstək

“Mənim “Kəpəz”in azarkeşi olduğum sirr deyil. Odur ki, komandanın çıxışlarını yaxından izləyirəm. Mütamadi olaraq mətbuat və xüsusən də, dost-tanışdan klubla bağlı məlumatları alıram”.

Newsport.az xəbər verir ki, "Kəpəz"in rəsmi saytına açıqlama verən sərbəst güləşçimiz Toğrul Əsgərov “sarı-göylər”in nəticələrindən də danışıb.

“Yeni ilin ilk oyunlarında “Kəpəz” özünü yaxşı tərəfdən göstərə bilmədi. Ardıcıl məğlubiyyətlər oldu. Əslində idmanda belə şeylər başa düşüləndir. Hər bir komandanın, idmançının uğursuzluq zolağına düşdüyü vaxt olub. Əsas olan belə vəziyyətdən tezliklə çıxmaqdır. Şükürlər olsun ki, komanda özünə gəlib toparlanmağı bacardı. Son oyunlar da göstərdi ki, “Kəpəz” dirçəlib. “Qəbələ” üzərində qazanılan qələbə lap möhtəşəm idi”.

 

Toğrul Əsgərov klubun azarkeşləri haqda danışıb: “Gəncədə futbol bir nömrəli idman növüdür. Bunu hamı yaxşı bilir. Ev oyunlarında stadiona çoxlu sayda azarkeş gəlir. Tamaşaçı komandanı ruhlandırır, qələbəyə səsləyir. Özüm güləşçi olsam da, həddindən artıq futbola meylliyəm. Yadınızdadırsa, bir dəfə sizə demişdim ki, güləşi seçməsəydim, çox güman futbolçu olardım. Futbol oynamaqdan doymuram. Həftədə 2-3 dəfə uşaqlarla yığışıb oynayırıq. Biz gəncəlilərin ürəyi futbolla döyünür. Oyun olan günlər şəhərdə canlanma hiss olunur. Hamı stadiona doğru axışır. İndi hamımızın arzusu “Kəpəz”in ötən mövsüm olduğu kimi yenə Avropa Liqasına vəsiqə qazanmasıdır. Şansımız var və bundan istifadə etməliyik”.

 
Toğrul olimpiya çempionluğu qazandığı dönəmlərdə stadionlara az-az gəlməsi haqda da danışıb.

 

“Düzdü, son vaxtlar stadiona az-az gəlirəm. Bu da əvvəllər yarışlar və məşqlər ilə bağlı idisə, indi zədəmlə əlaqədardır. Yaxşı başa düşürəm ki, televizorla stadiondan baxmağın arasında böyük fərq var. Futbolu tribunadan izləməyin yeri ayrıdır. Son iki ev oyununa gəlməyə çox can atdım. Amma müəyyən səbəblər üzündən gələ bilmədim. İnşallah, çempionatın sonuncu matçında stadionda olacağam. “Kəpəz”ə stadiondan dəstək vermək istəyirəm”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right