"Turan Tovuz"a sponsor tapıldı

Azərbaycan Premyer Liqasına vəsiqəni təmin edən “Turan Tovuz” sponsor axtarışına çıxıb.

Newsport.az-ın məlumatına görə, bir çox tovuzlu ziyalılar kluba kömək etmək üçün imkanlı həmyerlilərinə müraciət etmək istəyirlər.

Hətta əslən Tovuzdan olan millət vəkili Qənirə Paşayeva belə “Turan Tovuz” üçün həyəcan təbili çalsa da, indiyədək heç kim bu məsuliyyətin altına girmək istəmir. Amma, deyəsən, işıq ucu görünməyə başlayıb. Moskvadakı mənbələrdən verilən məlumata görə, Rusiya paytaxtının ən böyük meyvə-tərəvəz bazası sayılan “Fud-Sity” “Turan Tovuz”a sponsorluq edə bilər.

Bildirilir ki, əslən Tovuzdan olan İlham Rəhimovun da pay sahibi olduğu bu bazanı əslən Qubadan olan milyonçular Qod Nisanov və Zarah İliyev idarə edir. Mənbənin dediyinə görə, İlham Rəhimov ona edilən müraciətlərdən sonra doğma rayonunun klubuna dəstək vermək qərarına gəlib.

Qeyd edək ki, İlham Rəhimov Tovuzda dünyaya göz açıb. O, Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşıdı. (lent.az)

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right