Dino Ndlovu: "Qarabağ"da çox xoşbəxtəm"

"Çempionluq böyük hissdir. İlk mövsümdə çempion adını qazandığımız üçün özümü çox xoşbəxt hiss edirəm".

Newsport.az-ın məlumatına görə, bu sözlər "Qarabağ"ın futbolçusu Dino Ndlovuya məxsusdur. 

Cənubi Afrikadan olan futbolçu ölkəsinin mətbuatına verdiyi müsahibədə çempion olmalarından danışıb. Hücumçunun fikrincə "Qarabağ" böyük təcrübəsi sayəsində çempionluğu bayram edib: "Mən fikirləşirəm ki, bizim uğurumuzun sirri peşəkarlıq və gərgin əməyin nəticəsidir. Çünki "Qarabağ" artıq ardıcıl 4-cü dəfədir ki, bu titulu qazanır".

Dino bu mövsüm "Qarabağ"ın heyətində bütün turnirlər daxil olmaqla 14 qol vurub. Forvard bildirib  ki, komandanı tərk etmək niyyətində deyil: "Mənim gələcəyim eyni olaraq qalacaq. Komanda 1 illik müqaviləm mövcuddur və burada çox xoşbəxtəm".

Ndlovu uzun müddətdir ki, CAR millisinə dəvət almır. 27 yaşlı hücumçu uğurlu legioner həyatı yaşasa da, onu yada salan yoxdu. Amma forvard inamını itirmədiyini vurğulayıb: "Ölkəmizi yaxşı təmsil etmək yaxşı hissdir. Keçmişdə anlaşılmazlıq yaranıb. Yeni məşqçinin kim olduğunu görəndən sonra nəsə demək olar. Əgər onun mənə ehtiyacı olsa, mən hazıram".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right