Qurban Qurbanov: "Azərbaycan futbolunun Rəşad Sadıqova ehtiyacı var"

Bu mövsümün sonu “Qarabağ”la müqaviləsi başa çatacaq Rəşad Sadıqov növbəti mövsümdə klubda qalacaq.

Newsport.az-ın məlumatına görə, bu haqda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib.

“Rəşad müqaviləyə önəm verməyən oyunçudur.  İnanıram ki, bundan sonra da komandamızda qalacaq. Nə vaxt desə ki, futboldan gedir, o vaxt da gedəcək. O da bizim tam icazəmiz olandan sonra (gülür). Hazırda biz daha yaxşı oynayan Rəşad görürük. Klub olaraq həm bizim, həm də bütovlükdə Azərbaycan futbolunun ona ehtiyacı var” – deyə Qurbaov “CBC Sport”a bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right