8 ilin klubu Çempionlar Liqasında

8 il əvvəl yaradılan "Leypsiq" klubu tarixi uğur qazanıb.

Newsport.az-ın məlumatına görə, Almaniya Bundesliqasında mübarizə aparan debütant sona 5 tur qalmış ilk dördlükdəki yerini təmin edib.

Bu, hesabat turunda "Frayburq" üzərində 4:0 hesablı qələbədən sonra rəsmiləşib. "Leypsiq" ilk dördlükdə yerini təmin etməklə yanaşı, həm də Çempionlar Liqasına vəsiqəni rəsmiləşdirib.

Qeyd edək ki, Bundesliqada ilk üç yerin sahibi birbaşa ÇL-in qrupunda, dördüncü isə təsnifat mərhələsində çıxış etmək hüququ qazanır.

Onu da əlavə edək ki, sona 5 tur qalmış "Leypsiq" 61 xalla 2-ci, "Hoffenhaym" (54) 3-cü, Dortmund "Borussiya"sı isə (53)  4-cüdür. "Bavariya" isə 69 xalla liderdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right