Səlahət Ağayev: "Bundan sonrası sponsordan, rəhbərlikdən asılıdı"

Azərbaycan Premyer Liqasının XXV turunda baş tutan "Zirə" - "İnter" oyunu 1-1 hesablı bərabərliklə başa çatıb.

Newsport.az-ın məlumatına görə, matçdan sonra "İnter"in futbolçusu Səlahət Ağayev əməkdaşımızın suallarını cavablandırıb:

- "Ziyə qarşı oyunlarımız çətin olur, xüsusən də səfərdə. Bu gün bizim üçün vacib olan xalı qazandıq, bürünc medalı təmin etdik.

-Bürünc medal "İnter"ə yaraşır, yoxsa?

-Bu vəziyyətdə bürünc medal bizim üçün qızıla bərabərdir. "İnter"də olan problemləri özünüz də bilirsiniz. Futbolçular, məşqçilər korpusu sağ olsunlar ki, sona qədər mübarizə apardılar. 

-Mövsüm demək olar ki, "İnter" üçün bitdi. Gələcək planlarınız necədir?

-Klubda hansısa yenilik yoxdur. Yayda bir neçə futbolçunun müqaviləsi başa çatır. Yeni müaavilə təklifi olmasa da, eşitdiyimə görə rəhbərlik futbolçuları saxlamaq istəyir.

-Futbolçular maaş almayıblar. Hansı əsasla sizinlə danışıq aparmaq istəyirlər? 

-Vallah, bilmirəm. Mən aylardı canla-başla işləyənlərə təşəkkür edə bilərəm. Ailə kimi mübarizə apardıq, öz işimizi gördük. Bundan sonrası sponsordan, rəhbərlikdən asılıdır.

-Nizami Hacıyev daha öncə bildirmişdi ki, komanda üçüncü pilləni tutsa, yaşayacaq...

-Eşitməmişəm, yalan deyərəm.

-Ümumiyyətlə, "İnter"də qalmaq fikrin var? 

-Belə olsa, çətin.

-Legioner həyatı yaşamaq fikrin var, yoxsa?

-Yox, yerli komandaların birinə keçərəm. Xaricdən təklif yoxdu, olsa da Türkiyədən olar.

- Bu gedişlə bütün komandalarda vəziyyət belə olacaq...

- Görək də. Hansısa komandaya gedərik də. Real danışsaq, xaricdən təklif yoxdur. Olsa da, Türkiyə I Liqasına gedincə, burada qalmaq daha münasibdir. 

- Portuqaliya "Boavişta"sında qapıçı mövqeyi Kamran Ağayevin gedişindən sonra vakant qalıb...

- (gülür) Kamran hara getsə, mən də onun dalınca düşüm?





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right