"Qarabağ" "Qəbələ" ilə bərabərə qaldı, "Neftçi" uduzdu YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.

Newsport.az-ın məlumatına görə, turun qarşılaşmaları bərabər sayda 2 gündə keçiriləcək. 

Əvvəlcə "Kəpəz" və "Neftçi" komandaları üz-üzə gələcək. Gəncə şəhər stadionunda baş tutacaq matç Avropa Liqasına vəsiqə verən 4-cü yer uğrunda mübarizə baxımından önəmli olacaq. Bu oyunda xal itirəcək tərəf qitəmiqyaslı turnirdən faktiki kənarda qalacaq. Hazırda 31 xalla 4-cü pillədə olan "Zirə"dən "Neftçi" 5, "Kəpəz" isə 7 xal geridə qalır. 

Sözsüz ki, turun mərkəzi oyunu "Qarabağ" - "Qəbələ" qarşılaşmasıdı. Bu, mövsümün matçı olacaq desək, yanılmarıq. Ona görə ki, çempionluğun taleyinə bu oyunda böyük ölçüdə aydınlıq gələcək. Lider "Qarabağ" 4 xal qabaqladığı ən yaxın izləyicisi "Qəbələ"ni məğlub edərsə, çempionluq intriqası öləcək. Bu zaman Qurban Qurbanovun komandasını sona 3 tur qalmış ardıcıl 4-cü çempionluq münasibətilə təbrik etmək mümkün olacaq. Heç-heçə də Ağdam klubunun çempionluq şansını xeyli artıracaq.

"Qəbələ" qalib gələcəyi halda çempionluq mübarizəsində intriqası saxlayacaq. Buna görə də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç Roman Qriqorçukun komandası üçün qızıl medallar uğrunda son şansdı. Bunun üçünsə mütləq qalib gəlmək lazımdı.

9 aprel (bazar)
 

20:30. “Qarabağ” - “Qəbələ” - 0:0

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu

16:00. “Kəpəz” - “Neftçi” - 2:0 
Qol: 
Tural Axundov, 13-pen, 41-pen 
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Mübariz Haşımov, Ömər Paşayev
Gəncə şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right