Muarem Muarem: "Bunu şanssızlıqla əlaqələndirərdim" MÜSAHİBƏ

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ" "Fiorentina"ya 1:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

 

Newsport.az xəbər verir ki, matçdan sonra Ağdam klubunun futbolçusu Muarem Muarem jurnalistlərin suallarını cavablandırıb: 

 

- Çətin oyun oldu. Pley-offa vəsiqə qazanmaq üçün əlimizdən gələni etdik. Meydanda bütün gücümüzü qoyduq. Ancaq rəqib çox güclü idi. Real qol imkanlarımızı dəyərləndirsəydik, bəlkə də hesab başqa cür ola bilərdi. 

 

- İlk hissədən sonra əvəzlənməyin nəylə bağlı idi?
- Bu, baş məşqçinin qərarı idi. Zədəm də yox idi. Təbii ki, mən 90 dəqiqə oynamaq istəyirdim. 

 

- "Qarabağ”ın ardıcıl üçün dəfə 1/16 finaldan kənarda qalması nədən irəli gəlir?
- Bunu şanssızlıqla əlaqələndirərdim. Dino Ndlovunun zərbəsi dirəyə dəyən zərbəsi qol olsaydı, oyunun gedişi başqa cür olacaqdı.

 

- Hesabı bərabərləşdirəndən sonra hamı “Qarabağ”dan 2-ci qolu gözləyirdi...
- "Fiorentina" ikinci qolu ofsayddan vurdu. Bunu təkrarda da gördük. Amma bu mövzunun üzərində çox dayanmaq istəmirəm. 

 

- Stadionun öt örtüyündə oynamaq necə idi?
- Buzlu idi. Amma bu, məğlubiyyətimizə bəhanə ola bilməz. Çünki hər iki komanda eyni meydanda oynadı. 

 

- Qarşılaşmanın baş hakimi İvan Bebekin idarəçiliyi haqda nə deyə bilərsiz?
- Hakimi tanıyırdım. Ola bilər, əleyhimizə qərarlar versin. Bebek bunu birtərəfli etmirdi, rəqibin də əleyhinə qərarlar verirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right