Hamı Çerçesovu ölkəmizə göndərmək istəyir

Stanislav Çerçesovun adının Azərbaycan millisi ilə yanaşı hallanması Rusiya futbol ictimaiyyətində geniş müzakirə mövzusuna çevrilib. Bir neçə mütəxəssis 60 yaşlı çalışdırıcının yığmamıza mümkün təyinatını dəyərləndirib.

Maraqlıdır ki, onların, demək olar ki, hamısı Çerçesovun Azərbaycan üçün uğurlu variant olacağını düşünür.

“Spartak”ın sabiq yarımmüdafiəçisi Valeri Keçinov: “Çerçesovun Rusiya Premyer Liqasından heç bir təklifi yoxdursa, o zaman Azərbaycan millisini nəzərdən keçirməyə dəyər. Açığı, mən də Çerçesovun danışıq apardığını eşitmişəm. Ancaq hansı komandanın olduğunu bilmirəm”.

ÇSKA-nın sabiq müdafiəçisi Vladimir Ponomaryov: “Bu yaxınlarda onunla danışdıq, heç bir planı yox idi. Macarıstanda yaxşı iş gördü – komandası birinci yerdə idi. Azərbaycanda ona tələbat varsa, əladır, onu təbrik etmək istəyirəm. Rusiyada iş yoxdursa, niyə xaricə getməsin? İşsiz otura bilməzsən, təcrübə lazımdır. Azərbaycan millisi Çerçesov üçün geri addım olmaz. Onların yaxşı futbolu var, həmişə belə olub. Sovet dövründə də biz bunları nəzərə alırdıq. Bir neçə nəfər millinin üzvü idi. Azərbaycana təyin olunursunuzsa, bu, yaxşıdır”.

“Spartak”ın sabiq prezidenti Andrey Çerviçenko: “Bu, yəqin ki, Çerçesov üçün yaxşı variantdır. Çünki Azərbaycan yaxşı pul ödəyir. Amma Azərbaycan haqqında məlumatım yoxdur. Çerçesov ya yaxşı işləyir, ya da heç işləmir. Ancaq onun Rusiyadan kənarda daha yaxşı olduğunu görürük. Ola bilsin ki, Azərbaycan millisi onunla təkmilləşsin”.

Qeyd edək ki, Stanislav Çerçesovun son iş yeri ötən ilin yayında istefaya göndərildiyi Macarıstan klubu “Ferensvaroş” olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right