Sərxan Hacıyev: "Bu dəqiqə millinin baş məşqçi postu üçün heç kimlə danışıqlar aparılmır"

AFFA-nın baş katibi Sərxan Hacıyev "FİFA series - Edition 2024" turnirinin Azərbaycan - Bolqarıstan görüşündən sonra jurnalislərə açıqlama verib.

Newsport.az xəbər verir ki, o, millimizin çıxışını dəyərləndirib:

"İlk oyunda millimiz pis oynamadı. Xeyli qol şansları var idi. Demək olar ki, 90 dəqiqə təkqapı oyun gedirdi. Sadəcə qol gəlmirdi. Sonda komandamız istəyinə çatdı və qələbə qazandı. Ümumi götürdükdə, yığmamız pis təsir bağışlamadı. Bolqarıstanla matçda da komanda inamlı görünürdü. Həm birinci, həm ikinci hissədə müəyyən şanslarımız var idi. Onlardan yararla bilmirdik. Qapımızda qol gördük. Sonradan komanda hesabı bərabərləşdirməyə müvəffəq oldu. Vaxt qalmadı ki, ikinci qolu vuraq. Böyük ölçüdə xərclər FİFA tərəfindən qarşılandı. Çünki bu, onların layihəsidir. Hardasa 80 faiz xərclər FİFA tərəfindən qarşılandı".

AFFA-nın baş katibi Azərbaycan milli komandasının baş məşqçi postuna kimin təyin olunacağı ilə bağlı da fikirlərini söyləyib: "Bu barədə açıqlama verə bilmərik. Çünki baş məşqçi məsələsi ilə İşçi qrupu məşğul olur. Yalnız onu deyə bilərəm ki, axtarışlar davam edir. İşçi qrupunun üzvəri fikir mübadiləsi aparırlar. Bu dəqiqə konkret ad olaraq, məşqçi olaraq heç kimlə danışıqlar aparılmır. İşçi qrupunun müzakirələrindən sonra baş məşqçi məsələsi ilə bağlı qərar qəbul olunacaq".

Sonda isə, qurumun rəsmisi "FİFA series - Edition 2024" görüşlərinə görə millimizə mükafat veriləcəyini söyləyib: "Bəli, mükafat olacaq. Milli komandanın hər oyunu üçün mükafat nəzərdə tutulur. Bu 2 qarşılaşmaya görə də komanda standartlara uyğun mükafatlandırılacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right