"Qarabağ"ın komandası Belarusda darmadağınla başladı

“Qarabağ”ın 14 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə mübarizəyə başlayıb.

Newsport.az xəbər verir ki, Asif Əlizadənin baş məşqçisi olduğu komanda Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirinin ilk turunda Rusiya “Lavina”sı ilə görüşüb.

C qrupunda yer alan "atlılar" bu qarşılaşmada 6:0 hesabı ilə qalib gəlib. 2-ci dəqiqədə Əhəd Hacızadə hesabı açıb.Oyunun 4 və 6-cı dəqiqələrində Daniil Rəcəbov, 8-ci dəqiqədə Vaqif Nəbiyev, 20-ci dəqiqədə Seyid Zalov, 39-cu dəqiqədə Murad İsmayılov qol vurub.

Qeyd edək ki, "Qarabağ" qrupdakı digər iki matçını bu gün keçirəcək. “Qarabağ” öncə “Rotor”la, ardınca BATE ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right