Almaniya klubunun azərbaycanlı hücumçusu: "Məğlubiyyətə görə məsuliyyəti üzərimə götürürəm"

Almaniyanın Şimal-Şərq Regional Futbol Liqasının 26-cı turunun "Çemnitzer"lə oyununda (1:3) penaltini dəqiq yerinə yetirə bilməyən komandanın azərbaycanlı hücumçusu Rüfət Dadaşova "Dinamo"nun baş məşqçisi Dirk Kunert dəstək çıxıb.

Newsport.az xəbər verir ki, "Berliner Kurier"ə danışan mütəxəssis Dadaşovun kollektiv üçün önəmli olduğunu söyləyib:

"Rüfət Dadaşova tam güvənirəm. O, bizim üçün hər yerdə - meydanda, paltardəyişmə otağında, öz çıxışı ilə inanılmaz dərəcədə vacibdir. Rüfət təbii ki, boşa verilən penaltiyə görə narahatdır. Amma bu, artıq başqalarının da başına gəlib. Biz kədərlənməməliyik, bundan güc almalıyıq".

14 qolla liqanın bombardiri olan forvard özü isə bu epizoda görə üzüldüyünü bildirib: "Məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm. Qol vursaydım, hesab 2:2 olardı, onda geridönüş edə bilərdik. Bu yaxınlarda xəstə idim, oyun üçün böyük planlarım var idi və komandaya kömək etmək istəyirdim. Lakin bacarmadım. Çox üzgünəm”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right