"Qarabağ"ın qolkiperi Almaniyada başına gələnləri xatırladı: "Orta barmaq göstərirdilər"

"Qarabağ"ın qolkiperi Andrey Lunyov Rusiya mətbuatına danışıb.

Newsport.az xəbər verir ki, o, "Bayer"də oynadığı dönəmi xatırlayaraq almanların ruslara olan münasibətindən söhbət açıb:

"Komandada nəsə hiss edilmirdi. Çünki fərqli ölkələrdən olan futbolçularımız var idi. Şəhərdə. yollarda isə insident baş verirdi. Təxribatlar, ifadələr, jestləri deyirəm. Onlar rus olduğumu hardan bildilər? Rusiya nömrəli maşın sürürdüm. Maşınımı Almaniyaya gətirmişdim. Mənə orta barmaq göstərirdilər".

Qeyd edək ki, Andrey Lunyov 2021-ci ildə Sankt-Peterburqun "Zenit" klubundan ayrılaraq Almaniya Bundesliqasına yollanıb və burada "Bayer"lə müqavilə imzalayıb. O, Leverkuzen klubunda ümumilikdə 4 oyun keçirib. 2023-cü ilin yayında isə rusiyalı qapıçı "Bayer"i azad agent kimi tərk edərək “Qarabağ”a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right