Avtoqol sayı 10-a çatdı

Azərbaycan Premyer Liqasının 27-ci turunda 2 avtoqol qeydə alınıb. “Neftçi” – “Səbail” oyununda meydan sahibləri, “Sumqayıt” – “Sabah” matçında isə qonaqlar rəqibin özünü cəzalandırmasına sevinib.

Newsport.az saytının məlumatına görə, bununla cari mövsüm qeydə alınan avtoqol sayı 10-a çatıb. Bunun isə 6-sı iki komandanın payına düşür. “Sabah” və “Araz-Naxçıvan”ın oyunçuları 3 dəfə qapıları səhv salıblar. Maraqlıdır ki, bakılıların 2 avtoqolu “Araz-Naxçıvan”la 2 fərqli görüşdə reallaşıb.

Ən çox (5) avtoqol “Araz-Naxçıvan”ın qarşılaşmalarında vurulub. Bu mövsüm Premyer Liqaya qayıdan Naxçıvan təmsilçisi 2 dəfə də məhz bu sayədə sevinc yaşayıb. “Sabah” və “Səbail”in oyunlarında isə 4 avtoqol qeydə alınıb.

Bu baxımdan ən “məhsuldar” oyunçu “Araz-Naxçıvan”ın müdafiəçisi Numan Kurdiçdir. Bosniya və herseqovinalı futbolçu “Səbail” və “Qarabağ”la matçlarda rəqibləri sevindirib.

Avtoqollardan 4-ü birinci, 6-sı isə ikinci hissələrdə vurulub.

Bu mövsüm yalnız “Turan Tovuz” və “Kəpəz”in oyunlarında belə hal baş verməyib.

“Sabah” – 3

III tur: Con İrasabal (“Neftçi” ilə oyun) – 1:1

IX tur: İshak Belfodil (“Araz-Naxçıvan”) – 1:1

XVII tur: Boyan Letiç (“Araz-Naxçıvan”) – 0:2

“Araz-Naxçıvan” – 3

XV tur: Numan Kurdiç (“Səbail”) – 1:1

XIX tur: Numan Kurdiç (“Qarabağ”) – 1:3

XXIV tur: Vanderson Melo (“Zirə”) – 0:3

“Səbail” – 2

XVIII tur: Adi Mehremiç (“Sumqayıt”) – 0:1

XXVII tur: Nir Bardea (“Neftçi”) – 0:3

“Qəbələ” – 1

XVII tur: İlkin Qırtımov (“Səbail”) – 0:3

“Sumqayıt” – 1

XXVII tur: Murad Xaçayev (“Sabah”) – 1:2





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right