Krunoslav Renduliç: "Bəzi oyunçular öz davranışlarını dəyişməlidirlər"

"Oyunçularımı təbrik etmək istəyirəm. İlk yarıda onlar yaxşı oynadılar. Oyuna nəzarət bizim tərəfimizdəydi. Rəqibi də təbrik etmək istəyirəm. Bilirdik ki, onlar yaxşı rəqibdir, turnir cədvəlində də bizdən yuxarıda idilər. Bura xallarımızı götürməyə gəlmişdik. İkinci hissənin son 30 dəqiqəsində fiziki cəhətdən bir az düşdük. Bəzi oyunçularımız xəstə, zədəli idi. Öz oyunçularımdan razı qaldım. Rəqib bizi sıxanda biz bundan rahatlıqla çıxırdıq. Şadam ki, gənc oyunçumuz Rauf meydana daxil olub, yaxşı performans sərgilədi". 

Newsport.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Premyer Liqanın 27-ci turunun "Sumqayıt"la matçından sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- "Qarabağ"dan savayı digər komandalar ikincilik uğrunda mübarizə aparır. Bu yolda da ən əsas rəqibinizi məğlub etdiniz. Ümumiyyətlə, avrokubok üçün heyəti beyninizdə qurmusuz? Əsas məqsəd nədən ibarətdir?

- İkinci və səkkizinci yer arasında 2-3 xallıq fərq var. Bura gələndə də demişdim ki, məqsədimiz ikincilik uğrunda mübarizə aparmaqdır. Çətin olacaq. "Neftçi" və "Sumqayıt" kimi rəqiblərimiz var. Amma məqsədimizə çatmağa çalışacağıq. Biz addım-addım irəliləyirik. Qazana biləcəyimiz 27 xal var. Bu oyundan sonra futbolçulara istirahət verəcəyik. Qarşıdan gələn Novruz bayramı münasibətilə də hər birinizi təbrik edirəm. Beşinci gündən etibarən qarşıdakı oyunumuza hazırlaşacağıq. Hər komanda güclənmək istəyir, "Sumqayıt", "Qarabağ", biz. Bizim hazırda bəzi oyunçularımız zədəlidir. Mövqeləri gücləndirməliyik. "Transfer pəncərəsi" açıq olanda, yeni oyunçuların dəvət edilməsi normal haldır. 

- Nəticə bəllidir, oyun keyfiyyətindən razı qaldız?

- Keyfiyyət sadəcə hücum deyil, bəzən müdafiə olunmaqdır. "Liverpul" hər şeyi udanda Avropada ən yaxşı müdafiə olunan komanda idi. Bəzi oyunçularımız zədəli idi. Bunlar da oyunumuza təsir etdi. İlk yarıda hücum sarıdan yaxşı oynadıq.

- Ardıcıl ikinci qələbənizi qazanırsız. Buna baxmayaraq, yəqin ki, sizi narahat etməyən problemlər də yox deyil...

- Çox da irəliyə gedərək, nələr olacağını deyə bilmərəm. Amma bir şeydən razıyam ki, bəzi məqamlar var və oyun müddətində daha sakit ola bilərik. Bəzi oyunçular öz davranışlarını dəyişməlidirlər. Amma əmin deyiləm ki, onlar bunu edə biləcəklər, ya yox. Kim dəyişəcəksə, inkişaf etmək istəyəcəksə, xoş gəlib, bizimlədir. Kim dəyişməyəcəksə, üzgünəm. Həmin oyunçunu dəyişəcəyik. Təkcə bizdə yox, bu cür proseslər hər komandada var. Hər şey daha yaxşı olacaq. 

- Hesab 2:0 olduqdan sonra komandanın müdafiə olunmasından razı qaldız?

- Yaxşı müdafiə olunduq, amma bəzi səhvlərə yol verdik. Ancaq normaldır. 10 gün ərzində bəzi şeyləri daha da yaxşı yönə dəyişmişik. Daha məsuliyyətli oynayırıq. 10-15 günə çox şeyi dəyişmək olmur, addım-addım. 

- Amma müdafiə olunanda komanda düşünülmüş şəkildə hücuma çıxmırdı...

- Son 15 dəqiqədə təzyiq altındaydıq. Emmanuel Apehi meydana daxil etdim ki, hücumda top saxlaya bilsin. Oyunun qırılma nöqtəsi var idi. Top Xəyalda olarkən, Jael Marqaritaya ötürmə versəydi, təkbətək qalacaqdı. Xəyal gəncdir, belə epizodlarla artıracaq. Oyuna daxil olduqdan sonra yaxşı işlər gördü. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right