2-ci liqada ilin ilk oyunları keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan 2-ci liqasında 15-ci tur start götürəcək.

Newsport.az xəbər verir ki, ilk gündə 3 matç oynanılacaq. Lider "Bakı Sportinq" 2-ci yerdəki "Şahdağ Qusar"ın qonağı olacaq.

"Ağdaş" "Şəki Siti" ilə, "Şəfa" "Lerik"lə qarşılaşacaq.

Tura sabah keçiriləcək 4 oyunla yekun vurulacaq.

Bu görüşlər, 2-ci liqada ilin ilk oyunlarıdır.

4 mart (bazar ertəsi)

15:00. “Şahdağ Qusar” – “Bakı Sportinq”
Şamaxı OİK stadionu

15:00. “Ağdaş” – “Şəki Siti”
Ağdaş şəhər stadionu

15:00. “Şəfa” – “Lerik”
Binə qəsəbə stadionu

5 mart (çərşənbə axşamı)

14:00. “Qusar” – “Füzuli”
“Kapital Bank Arena” (ehtiyat meydança)

15:00. “Dinamo” – “Şəmkir”
Binə qəsəbə stadionu

15:00. “Kür-Araz” – “Göygöl”
Heydər Əliyev adına İmişli şəhər stadionu

15:00. “Cəbrayıl” – “Kürmük Qax”
“Neftçi Futbol Mərkəzi” (IV meydança)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right