Şeydayev məhsuldar ötürmə etdi, "Buriram Yunayted" qələbə qazandı

Bu gün Tayland çempionatında 5-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” səfərdə “Polis Tero”ya qalib gəlib (2:1).

Şeydayev meydana start heyətində çıxıb, 58-ci dəqiqədə məhsuldar ötürmə edib və 82-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu, Şeydayevin Tayland Liqasındakı üçüncü məhsuldar ötürməsidir. Hazırda “Buriram Yunayted” 13 xalla liderdir. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right