"Qarabağ"ın futbolçusu Bolqarıstanda qələbəyə sevindi

"Qarabağ"ın futbolçusu Marko Veşoviç Monteneqro millisinin heyətində növbəti matçını keçirib.

Newsport.az xəbər verir ki, AVRO-2024-ün seçmə mərhələsinin ilk turunda Bolqarıstanla səfərdə qarşılaşan monteneqrolular qələbəyə sevinib.

Veşoviçin start heyətində meydana çıxdığı görüşdə millisi Bolqarıstana 1:0 qalib gəlib. Marko sona qədər meydanda olub.

Xatırladaq ki, görüşü Əliyar Ağayevin rəhbərliyi ilə azərbaycanlı hakimlər idarə edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right