Dünya çempionatında 1/4 final mərhələsinin oyunları davam edir.
Newsport.az xəbər verir ki, yarımfinala vəsiqə uğrunda Niderland və Argentina milliləri üz-üzə gəlib. Qarşılaşmanın əsas və əlavə vaxtı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan cənubi amerikalılar yarımfinala yüksəlib.
Argentina yığması yarımfinalda Xorvatiya seçməsi ilə qarşılaşacaq.