Qətərdə keçiriləcək dünya çempionatının iştirakçılarından olan Kamerun yoxlama görüşü keçirib.
Newsport.az xəbər verir ki, afrikalılar bu gün Panama ilə qarşılaşıb. Riqober Sonqun rəhbərlik etdiyi kollektiv BƏƏ-də keçirilən görüşdə rəqibi ilə 1:1 bərabərə qalıb.
Kamerun – Panama 1:1
Qollar: Çupo-Motinq 48 – Murillo 55
Xatırladaq ki, Kamerun G qrupunda Braziliya, İsveçrə və Serbiya ilə mübarizə aparacaq. Onlar ilk görüşünü noyabrın 24-də İsveçrəyə qarşı keçirəcək.