"Qarabağ"ın rəqibi "Monako"ya uduzdu

Fransa çempionatında 9-cu turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Nant" səfərdə "Monako"nun qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsiylə başa çatıb.

9 turdan sonra 7 xal toplayan "Nant" Liqa 1-də turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" Bakıda keçirilən oyunda "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında ikinci görüş 27 oktyabr tarixində Fransada baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right