Xorvatiya çempionatında 6-cı turun matçları keçirilir.
Newsport.az-ın məlumatına görə, millimizin forvardı Mahir Emrelinin formasını geydiyi "Dinamo" "Osiyek"i qəbul edib.
Matç Zaqreb klubunun 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Emreli sona qədər ehtiyatda qalıb.
“Dinamo” 6 turdan sonra 16 xalla liderdir.