Afrika Millətlər Kuboku: Patrik Andrade məğlubiyyətə üzüldü

Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin 2-ci turuna start verilib. Newsport.az xəbər verir ki, beşinci oyun günündə daha iki qarşılaşma baş tutub.

A qrupunda Kamerun yığması bu dəfə Efiopiyanı böyük hesabla məğlub edib. Kabo Verde millisi isə Burkina Faso ilə görüşdən minimal hesabla uduzub. Kabo Verde yığmasının üzvü olan “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade də bu görüşün ilk dəqiqələrindən meydanda olub. O, 73-cü dəqiqədə əvəzlənib.

Afrika Millətlər Kuboku
13 yanvar

A qrupu

Kamerun – Efiopiya 4:1
Qol: Ekambi, 8; 67. Abubakar, 53; 55 – Hotessa, 4.

Kabo Verde – Burkina Faso 0:1
Qol: Bande, 39.

Xal durumu: Kamerun – 6, Burkina Faso – 3, Kabo Verde – 3, Efiopiya – 0.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah