İnfantino üzr istədi

FİFA prezidenti Canni İnfantino dünya çempionatının təşkili ilə bağlı hüquqların bir hissəsinin satılması təşəbbüsünə görə üzr istəyib.

Newsport.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

İnfantino oktyabrın 15-də Sürixdə keçirilən FİFA Şurasının iclasında üzr istəyib. Görüşün gündəliyinə ABŞ millisinin hücumçusu Folarin Baloqunun 2026-cı il dünya çempionatında iştirakına mane olan diskvalifikasiyanın ləğvi məsələsi də daxil edilib.

FİFA rəhbəri qurumun fəaliyyəti ilə bağlı ən mübahisəli məsələlərə dair yeni məlumat və sənədlər təqdim etməyib.

Üç saat yarım davam edən müzakirələrdən sonra FİFA-nın vitse-prezidenti, İngiltərə Futbol Assosiasiyasının rəhbəri Debbi Huitt bildirib ki, Avropa futbol rəsmiləri özəl investisiyaların cəlb edilməsi planına dair yazılı sübutlar tələb ediblər. İnfantino isə onlara suallarını yazılı şəkildə göndərməyi təklif edib. Huitt məsələyə sərt münasibət bildirib:

“Bu şəxs həmin suallara cavab verməlidir. Cavab verməsə, FİFA prezidenti vəzifəsinə uyğun deyil”.

Almaniya Futbol İttifaqının prezidenti Bernd Noyendorf da müzakirələrdən narazı qalıb:

“Aydın cavablar ala bilmədik. Bizə qüsursuz nüfuza malik, şübhəsiz ki, itirilmiş assosiasiyanın nüfuzunu bərpa edə biləcək bir insan lazımdır”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right