Mourinyo İspaniya Futbol Federasiyasını günahlandırdı

“Real”ın baş məşqçisi Joze Mourinyo hücumçusu Vinisius Juniorun İspaniya La Liqasında 4 oyunluq diskvalifikasiya olunmasına münasibət bildirib.

Newsport.az xəbər verir ki, braziliyalı futbolçu İspaniya çempionatının 8-ci turunda “Vilyarreal”la matçda (1:0) rəqib oyunçu Natan-Dilan Salibanın saçından tutduğuna görə meydandan qovulub. Hadisədən sonra Vinisius 4 oyunluq cəzaya məruz qalıb.

Mourinyo cəza qərarının oyuna cəmi bir saat qalmış futbolçuya bildirilməsini tənqid edib. O, İspaniya Kral Futbol Federasiyasının bu addımını qınayıb:

“Sizcə, İspaniya klubunun futbolçusunun dörd oyunluq diskvalifikasiya olunduğunu matça bir saat qalmış öyrənməsi normaldır? Bunu indi, Çempionlar Liqasında “Roma” ilə oyundan sonra, yaxud sabah səhər açıqlamaq olmazdı? O, bunu mütləq komandanın avtobusunda öyrənməli idi? Onların vicdanı yoxdur. Artıq özlərini gizlətmirlər. Matça bir saat qalmış futbolçunu psixoloji cəhətdən məhv etməyə çalışıblar. Niyə? Bu, İspaniya komandasıdır, ona zərər vurmağa nə ehtiyac var?”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right