Kilian Mbappe və anası Fayza Lamari Fransa millisinin sabiq təhlükəsizlik rəhbəri Məhəmməd Sanhadji ilə bağlı korrupsiya işi üzrə ifadə veriblər.
“Real”ın hücumçusu sentyabrın 30-da Parisdə polis tərəfindən dindirilib. İş materiallarına əsasən, Mbappe 2023-cü ilin iyununda 2022-ci il dünya çempionatından qazandığı mükafat pulundan Sanhadjiyə 60 300 avro ödəyib. Bir ay sonra Sanhadji futbolçunu atasının qohumlarını ziyarət etdiyi Kamerun səfərində müşayiət edib və istintaq həmin xidmətin ödənişli olub-olmadığını araşdırır.
İş üzrə Mbappenin anası ilə yanaşı, Frank Riberi, Fransa Futbol Federasiyasının rəhbəri Filipp Diallo və qurumun sabiq prezidenti Noel Le Qre də dindirilib.