Avropa İttifaqı Rusiya idmançılarına qarşı yeni sanksiyaların tətbiqini müzakirə edir.
“Politico” nəşrinin tanış olduğu Avropa Xarici Fəaliyyət Xidmətinin sentyabrın 16-na aid sənədlərində rusiyalı idmançıların beynəlxalq yarışlarda iştirakının məhdudlaşdırılması üçün müxtəlif variantların nəzərdən keçirildiyi bildirilir. Təkliflər arasında rusiyalı idmançıların yarışmasına icazə verən idman federasiyalarına Avropa İttifaqının maliyyə dəstəyinin azaldılması da var. Bundan başqa, milli bayraq altında yarışan rusiyalı idmançılara viza verilməsinin məhdudlaşdırılması və televiziya yayım hüquqlarından əldə olunan gəlirlərin bölüşdürülməsi qaydalarına yenidən baxılması təklif edilir.
Qeyd edək ki, 2026-cı ilin iyulunda Beynəlxalq Olimpiya Komitəsi federasiyalara rusiyalı idmançıların yarışlarda iştirakına qoyulan məhdudiyyətləri aradan qaldırmağı tövsiyə etmişdi.