İtaliyanın "Venesiya" klubunun yeni baş məşqçisi bəlli olub.
Newsport.az A seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Davide Nikola çalışdıracaq.
53 yaşlı mütəxəssislə 2027/2028 mövsümünün sonunadək müqavilə bağlanıb.
İtalyan məşqçinin son iş yeri ölkəsində "Kremoneze" klubu olub.
Qeyd edək ki, "Venesiya" 6 turdan sonra A seriyasının turnir cədvəlində sonuncu - 20-ci pillədə qərarlaşıb. Bütün oyunları uduzan komanda xalsızdır.