Pokatilov Kurtuaya şərik oldu

“Sabah”ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsində ən çox qurtarış edən qapıçılar arasında ilk beşlikdədir.

Qazaxıstan millisinin üzvü ilk 2 turda 11 qurtarış edib. O, bu göstəricidə Madrid “Real”ının qapıçısı Tibo Kurtua ilə 4-5-ci yerləri bölüşür.

Siyahıya 14 qurtarışla “Brügge”nin qapıçısı Yan Sommer və Bratislava “Slovan”ının qolkiperi Dominik Takaç başçılıq edirlər. Üçüncü pillədə isə 12 seyvlə “Portu”nun qapıçısı Dioqu Koşta qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right